XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 17:36

ABŞ prezidentinin Böyük Britaniyaya səfərininvaxtı təxirə salınıb

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada çıxan “The Sun” qəzeti yazıb.

Məlumata görə, səfərin tarixi bu ilin iyunundan oktyabr ayına dəyişdirilib. Buna səbəb kimi Donald Trampın krallığa səfərinin etiraz aksiyaları ilə müşaiyət ediləcəyi ehtimalı göstərilib.

Donald Tramp məsələ ilə bağlı narahatlığını Böyük Britaniyanın baş naziri Tereza Meyə də telefon danışığı zamanı çatdırıb.

Bir müddət əvvəl ABŞ prezidentinin Birləşmiş Krallığıa səfərinə qarşı 1 milyon 860 min britaniyalının etiraz etdiyi barədə xəbər yayılıb. Onların petisiyasına britaniyalı deputatlar da baxıblar.

“ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin vaxtının dəyişdirilməsi ilə bağlı yayılan məlumat təmiz fırıldaqdır. Biz Prezident Donald Trampa dəvət göndərmişik və o, bunu qəbul edib. Biz ABŞ prezidentini bu il Böyük Britaniyada qəbul edəcəyimizə şadıq”, – TASS-ın sorğusuna cavab olaraq Böyük Britaniya baş nazirinin nümayəndəsi bildirib.