“İki ölkənin ümumi maraq və qayğıları üçün birlikdə işləməliyik”
çox güman ki, 2016-cı ildə demokratlar partiyasının ABŞ prezidentliyinə namizədi olacaq Hillari Klinton ABŞ-İsrail münasibətlərini “konstruktiv məcraya” qaytarmaq niyyətində olduğunu bildirib.
Straterq.az İsraelİnfo-ya əsasən xəbər verir ki, Klinton ABŞ yəhudi təşkilatları başçıları Konfransının vitse-prezidenti Malkolm Honleynlə telefon söhbətində prezident seçiləcəyi halda ABŞ-İsrail münasibətlərini Ağ Evin bu gün sərgilədiyindən daha yaxşı olacağına işarə edib: “özəl Amerika-İsrail münasibətlərini konstruktiv məcraya qaytarmaq, iki ölkənin ümumi maraq və qayğıları üçün birlikdə işləməliyik. İsraillə münasibət heç bir halda partiyaların fikir ayrılıqlarının predmetinə çevrilməməlidir”.