XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2017 - 12:41

İsveçdə ümumi hərbi çağırışbərpa edilir

İsveç

İsveç hökuməti ölkədə 2010-cu ildə ləğv edilmiş ümumi hərbi çağırışı bərpa edir.

Bu barədə İsveçin müdafiə naziri Peter Hultkvist məlumat verib.

Onun sözlərinə görə, İsveçin könüllülük əsasında hərbi bölmələri komplektləşdirməklə bağlı çətinliyi var idi və bunu hərbi çağırışı bərpa etməklə aradan qaldırmaq olar.

Bu o deməkdir ki, 1999-cu il təvəllüdlü bütün oğlan və qızlar 1 iyul 2017-ci il tarixindən etibarən çağırış vərəqəsi alacaq, hərbi xidmətə isə gələn ildən başlanılacaq. Ordunun komplektləşməsi ilk növbədə yenə də könüllülük əsasında olacaq, sadəcə, hazırda ildə 4 min nəfər kimi dəyərləndirilən çatışmayan hissəni yeni çağırışçılar dolduracaq. /"Report"