Suriyada İŞİD terrorçularının sayı hər ay min nəfər artır
İŞİD teror qruplaşması koalisiyanın aviazərbələrindən sonra öz sıralarını önəmli dərəcədə artırıb.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Suriya prezidenti Əsədin sözlərinə görə, aviazərbələr vasitəsilə “bəzən lokal səmərə əldə etmək olur, lakin qeyd etmək lazım gəlir: qruplaşma aviazərbədən sonra böyüməyə başlayıb. Bəzi müşahidələrə görə, Suriyada İŞİD terrorçularının sayı hər ay min nəfər artır”.
Əsəd qeyd edib ki, İŞİD-in xeyli əraziyə nəzarət etdiyi İraq və Liviyada da yerli hökumətlər eyni problemlə üzləşib.