XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2017 - 15:54

Ərdoğan təyyarədə açıqlama verdi:“ABŞ-ın  dəqiq planı yoxdur...”

erdoqan teyare

ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planı yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıdarkən təyyarədə türk jurnalistlərlə söhbətində deyib. R.T.Ərdoğan qeyd edib: "Deyə bilmərəm ki, ABŞ-ın Rakka ilə bağlı dəqiq planı var. ABŞ Baş Qərargahının rəisi və MKİ direktorunun Türkiyəyə səfəri zamanı bu prosesdə müəyyən addım atıldı, lakin biz bunu "ilkin addım" adlandırıla bilərik".

Dövlət başçısı bildirib ki, əsasən kürd qoşunlarından ibarət olan "Suriya Demokratik Qüvvələri" silahlı koalisiyası Rakkanın azad edilməsi əməliyyatında iştirak etməməlidir: "Bu bizim üçün qəbuledilməzdir".