İraqın Sincar (Şengal) şəhərində Məsud Bərzaninin KDP-sinə bağlı suriyalı peşmərgələrlə PKK-ya bağlı Sincar Müqavimət Birlikləri arasında silahlı toqquşma baş verib.
Strateq.az "Al Jazeera"ya istinadla xəbər verir ki, toqquşmada ölən və yaralananlar var.
"Rudaw" televiziyası diqqəti münaqişənin İraq Kürdüstan Muxtariyyətinin başçısı Məsud Bərzaninin keçən həftə Türkiyəyə səfərindən sonra baş verməsinə yönəldir.