XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2017 - 18:51

Türkiyə-İran sərhədində qalmaqal:türk gömrükçülər işdən çıxarılıb

712385

Türkiyə-İran arasındakı Gürbulak sərhəd məntəqəsində çalışan bəzi türk rəsmiləri işdən çıxarılıb.

Strateq.az "Tasnim News"a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib. 

Son iki gündə sosial şəbəkələrdə Gürbulak sərhəd qapısında türk rəsmilərinin İran vətəndaşlarına qarşı davranışı müzakirələrə yol açıb.

Bu barədə İranın Ankaradakı səfiri Məhəmməd İbrahim Taherian Fərd də açıqlama verib.

Səfir İran vətəndaşlarına hörmətsizlik və fiziki zor tətbiqinin Türkiyədəki səlahiyyətli orqanlara xəbər verildiyini bildirib.