XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 10:49

Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqınınsoyqırımı kimi tanıyıb

parlament

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkoözünün “Twitter” səhifəsində yazıb.

Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.

Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənəd ötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.

Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.   (APA)