XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 14:09

PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasınasilahlı hücum edib

Terrorçu “PYD” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) üzvləri Suriyanın Kamışlı bölgəsində İraqın şimalındakı kürd muxtar hökumətinin rəhbəri Məsud Barzaniyə yaxın olan Kürdüstan Demokrat Partiyasının qərargahına silahlı hücum ediblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular binanı atəşə tutub, Məsud Barzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar.

Ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında da atışma olduğu barədə xəbər yayılmışdı. Həmin silahlı qarşıdurma nəticəsində bir terrorçu öldürülmüş, 4-ü isə yaralanmışdı.