XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 14:47

Türkiyə XİN başçısı:"Heç biriniz bizə mane ola bilməzsiniz"

cavusoglu

“Üzr istəyirəm, heç biriniz bizə mane ola bilməzsiniz, istədiymiz yerə gedərik”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xairic işlər naziri Mövlud Çavuşoğlu konstitusiya referendumu ilə bağlı mitinqin keçirilməsinə Hollandiya hökumətinin icazə verməməsinə münasibət bildirərkən deyib.

“Budur Hollandiya rəsmiləri deyib: “Bizim cəmiyyətdə siz kampaniya apar bilməzsiniz”. Bu nə deməkdir? Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı? Bizə dərs verirsiniz. Hanı sərbəst toplaşmaq azadlığı? Bağışlayın, heç biriniz bizə mane ola bilməzsiniz. İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplatılarımızı keçirərik”, – deyə, nazir vurğulayıb.

Aprelin 16-da Türkiyədə Konstitusiyaya düzəliş və dəyişikliyə dair referendum keçiriləcək. Almaniya, Avstriya və Hollandiya hökuməti Türkiyə rəsmilərinin referndumqabağa təbliğat kampaniyası aparmaq üçün ölkələrinə səfər etmələrinə icazə vermədiklərini bildiriblər.

Rəsmi Ankara isə bildirir ki, Avropa ölkələri terrorçu PKK tərəfdarlarının Türkiyəyə əleyhinə müxtəlif aksiyalar keçirməsinə icazə verir, ancaq heç bir dövlətin suverenliyinə, daxili işlərinə müdaxilə edilməyəcək belə aksiyaların keçirilməsinə şəraitin yaradılmaması demokratik prinsiplərin pozulmasıdır.