XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 16:18

Liviyada yaraqlılar neft limanınahücum edib

Liviyada yaraqlılar marşal Xəlifə Haftarın başçılıq etdiyi ölkə ordusu tərəfindən nəzarət edilən Ras Lanuf neft limanına hücum ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ordunun nümayəndəsi Əhməd əl-Mismari bildirib.

Qeyd edək ki, Liviyada əsas neft terminalları 2016-cı ildə Haftarın qüvvələri tərəfindən yaraqlılardan azad edilib. Haftar Tripolidəki ölkə hökumətini tanımır.

Əl-Mismarinin sözlərinə görə, Ras Lanufa yeni hücumun arxasında "Benqazinin müdafiəsi briqadaları"nın yaraqlıları dayanır. Yaraqlılar artıq yerli aerodromu ələ keçirməyi bacarıblar.