XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 17:15

ABŞ dövlət katibi Yaponiya, Cənubi Koreya və Çinəsəfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson cari ayda Yaponiya, Çin və Cənubi Koreyaya səfər etməyi planlaşdırır. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər zamanı gündəlikdə əsas məsələ Koreya Xalq Demokratik Respublikası (KXDR) olacaq. Hazırda R.Tillersonun regiona səfərinin daha dəqiq tarixi müəyyənləşdirilir.

ABŞ dövlət katibinin martın 17-18-də Yaponiyanı ziyarət edəcəyi gözlənilir. Tokioda R.Tillerson yapon həmkarı Fumio Kişida ilə danışıqlar aparacaq. Tərəflərin ABŞ Prezidenti Donald Trampın cari ildə Yaponiyaya planlaşdırılan səfərinin detallarını müzakirə edəcəyi də gözlənilir.

R.Tillersonun Pekində xarici işlər naziri Van İ və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü nəzərdə tutulur.

Seulda isə ABŞ-ın dövlət katibi Cənubi Koreyanın xarici işlər naziri Yun Byon Se ilə son vaxtlar Koreya yarımadasında yaranmış vəziyyəti və KXDR liderinin qardaşı Kim Çen Namın qətli məsələlərini müzakirə edəcək(azərtac).