XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 18:08

Partiya yoldaşları Fransua Fiyondanüz döndərirlər

Partiya yoldaşları sağ-mərkəzçilərin Fransa prezidentliyinə namizədi Fransua Fiyondan üz döndərməkdə davam edirlər.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, seçkiqabağı kampaniyanın rəhbəri Patrik Stefanini və partiyanın beynəlxalq məsələlər üzrə müşavir Brüno Le Mer seçki qərargahındakı yerlərindən imtina ediblər. Sonradan Fiyonun mətbuat katibi Terri Solerin də istefa verdiyi məlum olub.

Fiyonun seçki kampaniyasını tərk edən siyasətçilər onun yerinə partiya praymerizində ikinci yeri tutan Bordo şəhərinin meri Alen Jüppenin keçməsini istəyirlər.

Xatırladaq ki, həyat yoldaşı və övladları üçün saxta iş yerləri yaradılması barədə ittihamlar fonunda keçirilən sosioloji sorğunun nəticəsinə əsasən Fransua Fiyonun populyarlıq reytinqi iki ay ərzində 19 faiz azalıb(azərtac).