XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 19:12

Moldova Milli Bankının keçmiş sədrihəbs edilib

Moldova Milli Bankının keçmiş başçısı Leonid Talmaç dələduzluqda ittiham edilərək Korrupsiyaya qarşı Milli Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova prezidentinin mətbuat katibi İvan Çeban “Facebook” səhifəsində yazıb.

“Biz bu həbsdən narahatıq. Leonid Talmaç Moldova Respublikası üçün çox vacib adamdır. Onu beynəlxalq ictimaiyyət yüksək dəyərləndirir. Ölkədə bank sisteminin formalaşmasında əsas rol oynayıb”, – deyə mətbuat katibi yazıb.

Məlumata görə, Kişineu məhkəməsi Talmaçın 15 sutka həbsi barəsində qərar qəbul edib. O, “Avtonəqliyyat vasitələrinin milli sığorta bürosu” İctimai Assosiasiyasına ziyan vurmaqda şübhəli bilinir. Leonid Tamaça qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, o, 15 il müddətinə azadlıqdan məhrum ediləcək.