XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 22:25

Somalidə iki gündə yüzdən çox insanaclıqdan ölüb

Somalidə quraqlığın hökm sürdüyü regionda son iki gündə azı 110 nəfər aclıqdan ölüb. Bu barədə ölkənin baş naziri Həsən Əli Hayre məlumat verib.

Azərtac Ria Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları ölkədə milli fəlakət elan olunduğu çərşənbə axşamından bəri ilk dəfədir həlak olanların sayın barədə məlumat açıqlayıb. Həmin rəqəmlər yalnız ölkənin cənub-qərbindəki Bay regionu üzrədir.

BMT-nin hesablamalarına görə, Afrika ölkəsinin 5 milyonadək sakini artan aclıq təhlükəsi fonunda yardıma ehtiyac duyur.