XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 11:36

Li Kuan Yu: “Biz yekə itləri təbiyə etməli olduq”

“Ailəmin qabiliyyətsiz üzvlərini mühüm postlara buraxmaq mənim qaydamca deyil”

Картинки по запросу ли куан ю

Dünən son mənzilə yola salınmış Li Kuan Yu XX və XXI əsrin ən böyük simalarından biridir. O, 1923-cü ildə Sinqapurda anadan olub. Təhsili və tərbiyəsi güclü Britaniya təsiri altında keçib, çünki Sinqapur Britaniyanın keçmiş müstəmləkəsi olub. Babası onu “Harri Li” adlandırarmış.

Ali təhsilini Kembric universitetində tamamlamış Li 1949-cu ildə vətənə qayıdır və vəkilliklə məşğul olur.

1954-cü ildə baş katibi olduğu “Xalq Fəaliyyəti Partiyası”nı yaradır və 1959-cu ildə hakimiyyətə gəlir. 1959-1990-cı illərdə ölkənin baş naziri, 1990-2004-cü illərdə Qo çokun hökumətində böyük nazir və 2004-2011-ci illərdə öz oğlu Li Syanlunun hökumətində nazir-mentor (rəhbər) vəzifələrini tutur.

Li Kuan Yu Sinqapur “iqtisadi möcüzəsi”nin yaradıcılarından biri olub. Sinqapur onun rəhbərliyi altında kasıb bir ölkədən dünyanın ən varlı ölkələrindən birinə çevrilib.

Strateq.az bu böyük insanın dünya siyasiləri, sinqapurlular, təhsil, sevgi, həyat və s. barədə son dərəcə maraqlı fikirlərini oxuculara təqdim edir.

Dünya liderləri və siyasətçilər haqqında

“Mən deyərdim ki, ən böyük Den Syaopin idi. Böyük insan olmaq gərəkdir ki, o yaşda haqslız olduğunu etiraf edəsən: bütün bu ideyalar – marksizm, leninizm, maoizm işləmir və onlardan imtina etmək lazımdır”.

“Den Syaopin böyük adamdır, çünki çini dəyişdirdi. Onu eynilə Sovetlər Birliyi kimi inkişaf edə biləcək fəqərə sütunu qırılmış dövlətdən bu günki çinə – dünyada ən böyük iqtisadiyyata namizədə çevirdi”.

çinin rəhbəri Si Szinpin haqqında: “Mən onu Nelson Mandela tipli insanlarla bir kateqoriyaya aid edərdim. Əzəmətli emosional sarsılmazlığı olan, öz uğursuzluq və əzablarının şəxsi dəyərləndirmə və mühakimələrinə təsir etməyinə imkan verməyən insan. Başqa sözlə, o, dərin təəssürat doğurur”.

Amerikanın ən böyük prezidenti haqqında: “Uotergeyt bədbəxtçilyi olmasaydı, Riçard Niksonun adını çəkərdim. Onda dünyaya realist baxış var idi. O, böyük realist analitik, lakin həm də istədiyini əldə edən taktik idi. Lakin onun hər şeyi bilmək cəhdi və yenidən seçilmək arzusu qarayaxa ideyaya çevrilmişdi”.

Amerikanın ən pis prezidenti haqqında: “Mən Cimmi Karterin adını çəkərdim. Mən fermerəm, yerfındığı yetişdirirəm, prezidentliyə namizədliyimi verirəm. Birdən – “part!” Və o, prezidentdir”.

Britaniya siyasətçiləri haqqında: “Britaniyada Oksford və Kembricin ən yaxşı məzunlarını nəzərdən keçirsək və sonra onların sonrakı karyerasını izləsək, görərik ki, bu adamlar siyasətlə deyil, bank işi, maliyyə ilə məşğul olur və yaxud hansısa bir peşəkar fəaliyyət sahəsində işləyirlər”.

ABŞ-ın keçmiş prezidenti Corc Buş haqında: “Onu ən pis prezidentlər sırasında ikinci yerə qoymazdım. Mən deyərdim ki, kiçik Buşun melanxolik müşavirləri vardı… Kiçik Buş bilirdi ki, onun təcrübəsi zəngin deyil. özünü tanımaq isə ləyaqətdir.”

Bill Klinton haqqında: “Olduqca ağıllı adamdır, əsil siyasətçidir, məlahətli oğlandır, çünki rahat xasiyyəti var… Səninlə danışanda dünyanın ən önəmli adamısan. Lakin düşünürəm ki, o, qaydaları pozur. Amma qismən xarakterinə görə. Bilmirəm. Sözüm ondadır ki, onun uşaqlığı çətin keçib və s. və i.a…”

öz oğlu Li Syan-Lun haqqında: “Mən baş nazir olmasaydım, o, bir neçə il əvvəl baş nazir ola bilərdi. Ailəmin qabiliyyətsiz üzvlərini mühüm postlara buraxmaq mənim qaydamca deyil, çünki bu, Sinqapur və mənim mirasım üçün faciə olacaq. Buna yol vermək olmaz”.

Baş nazir olan oğlu ilə fəxr edib-etmədiyi haqda: “Bəli, lakin eyni zamanda xeyli ehtiyatlılıq göstərməyim lazım gəlir ki, bizim nüfuzumuza ləkə gətirməsin. Bəli, ona ağır yük qismət olub, lakin mənim başladığım dövrdəkindən daha çox resursa malikdir”.

Amerikalılar haqqında: “Amerikalılar böyük missionerlərdir. Onlarda hamını öz inanclarına cəlb etməyə çox güclü cəhd var”.

Sinqapur haqqında

“Bizim prioritetlərimiz hansılardır? Birincisi, firavanlıq, adamların yaşaması. Sonra demokartik normalar və zaman-zaman dayandırmalı olduğumuz proseslər.”

“Sinqapuru idarə edən adam dəmirdən olmalıdır. Ya da öz vəzifəsindən imtina etməlidir. Bu sizin üçün kart oyunu deyil. Bu sizin və mənim həyatımdır. Bütün ömrüm boyu onu qurmuşam və hələlik mən rəhbərlik edirəmsə, onu heç kim dağıtmaz”.

“Mən üzr istəmirəm ki, XFP (Xalq Fəaliyyəti Partiyası) hökumətdir, hökumət isə XFP-dir”.

“Hətta öz xəstəxana çarpayımda, hətta məni məzara qoysanız və hiss etsəm ki, nəsə qaydasında deyil, ayağa qalxacağam”.

“Arxayınlaşım? İstərdim, amma bacamıram. Yox, öləndə arxayınlaşacağıq”.

“Siz sinqapurluları tanıyırsınız. Onlar zəhmətsevər, enrejili, dözümlü insanlardır. Amma, gəlin, həm də etiraf edək ki, sinqapurlular böyük deyingəndirlər”.

“Yaxşı təşkil olunmuş, lazımi qaydada tərbiyə edilmiş əhalini yetişdirə bilərsənsə, onda tez-tez qamçıya əl atmağın lazım gəlməz, çünki adamlar artıq təlim görüb. Bu, itlərdəki kimidir. Onu küçüklük vaxtından tərbiyə edir və öyrədirsən. O bilir ki, evdə deyil, küçədə siyimək və təsləmək lazımdır. Yox, bizim cəmiyyət bu cür deyil. Biz hətta günü bu gün də qəsdən liftlərə siyiyən yekə itləri təbiyə etməli olduq”.

Demokratiya haqqında

“Mən siyasi nəzakəti gözləməyə deyil, həmişə həqiqəti deməyə cəhd etmişəm”.

“Bir adam-bir səs – bu son dərəcə çətin idarə formasıdır. Nəticə gözlənilməz ola bilər”.

“Biz demokratiyaya ya inanırıq, ya da inanmırıq. İnanırıqsa, onda qəti şəkildə deməliyik, qeydsiz-şərtsiz deməliyik ki, ancaq ölkənin adi hüququna uyğun olaraq demokratik proseslərdə heç bir məhdudiyyətə yol vermək olmaz. Demokratiyaya inanırıqsa, ona qeydsiz-şərtsiz inanmalıyıq. Əgər inanırıqsa ki, insanlar azad olmalıdır, onda onların toplantı azadlığı, söz azadlığı, nəşr azadlığı hüququ olmalıdır. O zaman qanun yol verməməlidir ki, bu demokratik prosesləri heç nə saysınlar”.

“çox qəribədir, lakin çağdaş qərb dünyasında hakimiyyətdəki adamlara özəl təhsil, hazırlıq və ixtisas lazım deyil. çoxlarını ona görə seçirlər ki, televizor ekranlarında yaxşı görünür və yaxşı danışırlar. Seçicilər üçün bunun nəticəsi acınacaqlı ola bilər”.

Həyat, sevgi və ziddiyyətlər haqqında

“ömrüm boyu məni çox şeydə ittiham ediblər, lakin hətta ən qatı düşmənlərim məni heç vaxt a
çıq danışmaqdan qorxmaqda ittiham etməyiblər”.

“İstərdim ki, arvadımla o dünyada görüşüm, amma fikirləşirəm ki, bu, baş verməyəcək. Mən, sadəcə, onun kimi öz mövcudluğumu dayandıracağam. Əks halda o dünyada əhali həddindən çox olardı”.

“İlk baxışdan sevgiyə inanmıram. Bunu böyük səhv sayıram. Səni fiziki özəlliklər cəlb edir, sonra isə buna təəssüflənirsən”.

“Nəzakətlilikdən heç nə itirmirik. “Yox” demək olar, lakin bunu nəzakətlə deyin və səbəb göstərin. “Yox”un niyəsini izah edin. “Yox”u “bəli”yə dəyişdirməyin. Axmaq olmayın. “Yox” üçün yetərincə əsas varsa, “yox” qalmalıdır, lakin bunu nəzakətlə demək lazımdır”.

“Həyat – sadəcə, yemək, içmək, televizor və kino deyil… İnsan beyni qurub yaratmalıdır. Onu əyləndirən qurğulardan asılı olmamalıdır”.

“Həkimlə evlənən çoxlu həkim oğlu var. özləri kimi ağıllı olmayan arvadla nikaha girənlər saçlarını yonurlar, çünki onalrın övladları həyatda uğur qazana bilmirlər. Mən yetərincə uzun ömür yaşamışam və bunun necə baş verdiyini görmüşəm. Buna görə də ali məktəb məzunu savadsız qızla evlənəndə ona deyirəm ki, axmaq və səfehsən. Ali təhsili olmayan adamla evlənirsən və problemlərin olacaq. Uşaqların bəzisi ağıllı olacaq, bəziləri yox. Və onda başının tükünü yonmağa başlayacaqsan. Burada boşagetdi olmamalıdır. Bu, zər oyunu kimidir. Qoşa atırsan və qələbə sənindir”.

“hazırda gündə üç dəfə qaçış zolağında yeiyirəm: 12 dəqiqə səhər, 15 dəqiqə nahardan sonra və 15 dəqiqə şam yeməyindən sonra”.

“Mən qolf oynamışam, lakin anladım ki, o mənə həyat qüvvəsi verməyəcək, çünki süst oyundur. Qolfun doqquz çuxuruna saatyarım-iki saat vaxtın gedir. Gündə 20 dəqiqə qaçıram və özümü daha yaxşı hiss edirəm. Belə ki məxaric-fayda hesabı məni qolfdan imtina etməyə məcbur etdi”.

“Qərb pedaqoqlarının cismani cəzaya qarşı niyə belə qətiyyətlə çıxş etdiklərini heç vaxt başa düşmədim. O nə mənə, nə də sinif yoldaşlarımıa heç bir ziyan gətiməyib”.

“Homoseksualizm həyat tərzi deyil. Nə qədər desən, kitab, məqalə oxumaq olar. Bilirik ki, genetik fərqlər mövcuddur. Onlar, sadəcə, belə doğulurlar və vəssalam. Əgbər iki kişi və ya iki qadın o cür yönləşiblərsə, sadəcə, onları rahat buraxmaq lazımdır”.