XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2017 - 08:26

ABŞ xarici ölkələrə maliyyə yardımınıazaldacaq

usa-2

Vaşinqton  xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır.

Bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib.

“ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq”, – deyə o qeyd edib.  

Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 582,7 mlrd. dollara çatdırmağa imkan verəcək.

Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin artırılmasını təklif edib. /APA