XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2017 - 17:43

Benyamin Netanyahu:"Putini inandırmağa çalışacağam"

1407403558244_wps_1_Tel_Aviv_Israeli_Prime_Mi

İsrail Rusiya ilə xüsusi razılaşmalara nail olmağa ümid edir.

Strateq.az "Jerusalem Post"a istinadla xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, söhbət İranın İsrailə qarşı Suriyada daimi əməliyyat bazası yaratmasının qarşısını almaqdan gedir. 

Bu gün hökumətin toplantısında çıxış edən B.Netanyahu martın 9-da Moskvaya yollanacaq və Rusiya prezidenti Vladimir Putinlə müzakirələr aparacaq.

Baş nazir Suriyada ilə bağlı yeni razılaşmalar əldə etmək niyyətindədir.

"Astana və Cenevrə tənzimləmələri çərçivəsində İranın Suriyada daimi əsaslarla quru və ya dəniz qüvvələri saxlanılasının qarşısı alınmalıdır". O, həmçinin bildirib ki, "suriyalılar tədricən Colan Təpələrində İsrailə qarşı cəhbə açmağa cəhd edirlər".

Baş nazir V.Putinlə müzakirələrdə buna israrla təkid edəcəyini və fikrinin anlayışla qarşılanacağına ümid etdiyini deyib.