Səudiyyə Ərəbistanı ilə üç turda aparılan danışıqlarda ümumi razılıq əldə olunub.
Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, bunu Ayətullah Xamneinin həcc işləri üzrə nümayəndəsi Əli Qazi-Əsgər bildirib.
Onun sözlərinə görə, artıq bu il 80 min iranlı Səudiyyə Ərəbistanına yollanaraq həcc ziyarətini yerinə yetirə biləcək.
Əli Qazi-Əsgər deyib ki, mübahisəli məsələlərin əksəri həll edilib.
Xatırladaq ki, 2015-ci ildə Minada 430 iranlı zəvvarın ölümündən sonra bu ölkənin vətəndaşları həcc ziyarətində iştirak etmir.