ABŞ prezidenti Donald Trampın telefon danışıqları dinlənilməyib.
Bunu ABŞ-ın sabiq Milli Kəşfiyyat Agentliyinin rəisi Ceyms Klepper bəyan edib.
“Prezident kampaniyası zamanı və seçkiqabağı ərəfədə Donald Trampın telefon danışıqları dinlənilməyib”, – deyə yanvarda vəzifəsini tərk edən C.Klepper vurğulayıb.
Ötən gün ABŞ prezidenti D.Tramp bildirib ki, sabiq prezident Obama onun telefon danışıqlarını dinləyib. O, özünün “Tvitter" səhifəsində yazıb ki, telefon danışıqları 2016-cı il prezident seçkiləri öncəsi dinlənilib. /APA