XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 10:53

Rusiya səfirini öldürən terrorçunun rəfiqəsi rus qızı olub –33 yaşlı Yekaterina saxlandı

karlov-lw-qatille

Türkiyədə Rusiyanın sabiq səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə 33 yaşlı RF vətəndaşı saxlanılıb.

"Trend"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan Yekaterina B.-nin qatillə yaxın əlaqəsi olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bundan əvvəl A.Karlovun qətlə yetirilməsi işi üzrə ikisi polis əməkdaşı olmaqla 3 nəfər saxlanılıb.

Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib.