XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 11:37

Qazaxstan parlamenti Nazarbayevin səlahiyyətini azaldan qanunu qəbul etdi

nazarbayev

Qazaxıstan parlamentinin Məclis və Senatının (Aşağı və Yuxarı Palata) birgə iclasında ikinci və yekun oxunuşda ölkə konstitusiyasına əlavə və dəyişiklər edilməsi barədə qanun layihəsini qəbul olunub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əlavə və dəyişikliklər ölkədə parlamentin rolunun artırılmasına istiqamətlənib. Sənəd hökümətin formalaşmasında Məclisin rolunu genişləndirməklə yanaşı, parlament palatalarının Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir.

Xatırladaq ki, 2016-cı il dekabr ayının ortalarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev xüsusi komissiyanın prezident, parlament və hökümət arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi imkanlarını yenidən nəzərdən keçirməli olduğunu qeyd edib. Bununla belə, o, Qazaxıstanın prezident idarəetmə formasına malik dövlət olduğunu və gələcəkdə də belə qalacağını vurğulayıb.