XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 13:49

Rus generalı Bəşər Əsəd uğrunda ayaqlarını və gözünü necə itirdi? –Detallar bəlli oldu

general rus

Rusiya ordusunun generalının bu günlərdə Suriyada hansı şəraitdə yaralandığı məlum olub.

Rusiya ordusunun Qərb hərbi dairəsinin qərargahının döyüş hazırlığı idarəsinin rəisi, general-mayor Pyotr Milyuxnin Suriyada ağır yaralandığı barədə xəbər mətbuata hələ martın 3-də sızıb. Bildirilirdi ki, general Palmira şəhərinin Rusiya aviasiyasının və hərbi instruktorlarının köməyi ilə yenidən İŞİD-in əlindən geri alınması zamanı yaralanıb. Xüsusi reyslə Moskvadakı Burdenko hərbi hospitalına çatdırılıb. Hospitaldan məlumatı təsdiq ediblər, lakin əlavə məlumat verməyiblər. Ancaq bildirilirdi ki, general minaya düşüb və hər iki ayağını, habelə gözünü itirib.

Bu gün martın 6-da “Kommersant” qəzeti Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən yazıb ki, general Homs şəhərinə gedən avtomobil karvanına hücum zamanı yaralanıb. Məlumata görə insident fevralın 16-da yaralanıb. Həmin vaxt general artıq iki aydır ki, Suriyaya ezam olunmuşdu. Bildirilir ki, general Milyuxin həmin gün beş hərbçinin müşaiyəti ilə “Tiqr” zirehli avtomobilində avtokalonla Homsun Tiyas hərbi aerodromu istiqamətində gedirmiş. O, Bəşər Əsəd ordusunun Tiyas aerodroumunda yerləşən hərbi birləşməsinin döyüş hazırlığını qiymətləndirməli və bu barədə Rusiya silahlı qüvvələrinin Baş qərargahına məruzə etməliydi.

Lakin Tiyas aerodromuna 4 km qalmış generalın avtomobili yolda quraşdırılmış və radiosiqnallarla idarə olunan bomba ilə partladılıb. Ardınca kalona yaxın məsafədən atəş açılıb. Nəticədə “Tiqr” zirehli avtomobilində olan 6 Rusiya hərbçisindən 4-ü həlak olub. Müdafiə Nazirliyi ölən hərbçilərin adlarını açıqlamır. Ancaq onlardan ikisinin adı məlumdur-serjant Vadim Maqamurov və dəniz piyadası Pavel Kozaçenko. Onların fevralın 19-da Yekatrinburqda və Penzada dəfn olunublar.

General Milyuxin isə partlayış zamanı hər iki ayağını itirib, qəlpələrdən biri onun gözünü çıxarıb. Generalı təcili Xmeymin aviabazasına evakuasiya ediblər, orada tibb işçiləri bir həftə ərzində generalın həyatı uğrunda mübarizə aparıblar. Daha sonra təyyarə ilə Moskvaya yola salıblar. Hazırda generalın həyatı üçün təhlükə sovuşub. O, Rusiyanın Suriya hərbi kampaniyası zamanı yaralanan ən yüksək rütbəli hərbçidir. (Virtualaz.org)