XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 18:57

Türkiyə baş nazirinin olduğu helikopter məcburi eniş edib

bineli verto

Türkiyənin baş naziri Binəli Yıldırımın olduğu helikopter ölkənin cənub-şərqindəki Muş vilayətinin kəndlərinin birində fövqəladə eniş etməli olub.

Trend-in məlumatına görə, enişə qatı duman səbəb olub.

Qeyd edək ki, B.Yıldırım Muş vilayətinə konstitusiya dəyişiklikləri ilə bağlı mitinqdə iştirak etmək üçün gəlib. Üç gün əvvəl-martın 3-də Türkiyə baş naziri Binəli Yıldırımın olduğu təyyarə də təcili eniş etmişdi. O vaxt da səbəb qatı duman olmuşdu və təyyarə Zonguldak hava limanına təcili eniş etməyə məcbur olmuşdu.

Buna görə o vaxt baş nazirin iştirakı planlaşdırılan Bartın mitinqi ləğv edilmişdi.