XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 20:03

Köçəryan seçkiyə qatılmaqdan imtina etdi –“Bu, pul kisələrinin davasıdır”

RA President Robert Kocharyan gives a press conference

Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib ki, respublikadakı indiki siyasi proseslərdə iştirak etməyi arzu etmir.

"Yaranmış reallıqlar haqqında tam təsəvvürə malik olaraq, məndə bugünkü siyasi prosesləri şərh etmək arzusu yoxdur, o da ola onlarda iştirak etmək", — deyə Köçəryan bazar ertəsi özünün 2rd.am saytına verdiyi müsahibədə bildirib.

O, əlavə edib ki, 2015-ci il konstitusiya islahatını Ermənistan üçün uzunmüddətli neqativ nəticələrə səbəb olacaq böyük səhv hesab edir. Onun sözlərinə görə, qarşıdakı seçkilərdə ideoloji mübarizə hər hansı məna kəsb etməyəcək və bunu dərc edilmiş ərazi siyahıları da təsdiq edir.

"Bu, dözülməzlik atmosferində pul kisələrinin müharibəsi olacaq. Həm də bir çox seçicilər çox güman ki, belə ağır ictimai durumda puldan imtina edə bilməyəcək və “səslər hərracı”nda iştirak edəcəklər. Təəssüf ki, bütün bunların nəyə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil”, – deyə Köçəryan vurğulayıb. (Virtualaz.org)