XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 21:14

Donald Tramdan CIA xəfiyyəsini geri qaytarmaq istənilir –İranda itkin düşən amerikalı

ShowImage

Donald Trampın administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) xəfiyyəsi Robert Levinsonun qaytarılmasını prioritet hesab edir.

Strateq.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, 2007-ci ildə İranın Kiş adasında yoxa çıxması ehtimal olunan yəhudi mənşəli amerikalının qaytarılması Milli Təhlükəsizlik Şurasında nəzərdən keçirilir.

Şuranın sözçüsü deyib: "ABŞ hökuməti qanunsuz tutulmuş və ya xaricdə itkin düşən vətəndaşlarımızı geri gətirmək üçün səylərini heç vaxt dayandırmayacaq".

ABŞ-ın eks-prezidenti Barak Obamanın dövründə İranla nüvə sazişi çərçivəsində 2016-ci ilin yanvarında beş amerikalı sərbəst buraxılıb. Lakin R.Levinson onların arasında olmayıb.

Bəzi Amerika rəsmiləri Levinsonun əsirlikdə öldüyünü və ya ümumiyyətlə onun artıq İranda saxlanılmadığını iddia edir.

R.Levinsonun ailə isə CIA xəfiyyəsini hələ də diri sayır və D.Tramp administrasiyasından onun yeri haqqında məlumat əldə etmək üçün İranla daha aqressiv olmağa təşviq edir.