XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 08:30

ABŞ Cənubi Koreyada raket əleyhinə"THAAD" sistemləri yerləşdirir

THAAD

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayır.

"THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.

Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

Raket əleyhinə "THAAD" sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.  (APA)