Venesuelanın xarici işlər naziri Delsi Rodriges Peru prezidenti Pedro Pablo Kuçinskini qorxaq və köpək adlandırıb.
“RİA Novosti”nin məlumatına görə, Peru prezidenti ABŞ-a səfəri zamanı Latın Amerikasını ABŞ-a problem yaratmayan "yaraşıqlı it"ə bənzədib.
“Cənab Kuçinski, siz qorxaq və Amerika imperializminə xidmət edən yeganə xoşagələn köpəksiniz”, – deyə D.Rodriges söyləyib.
D.Rodrigesin sözləri rəsmi Limanın kəsin reaksiya və etirazına səbəb olub. Peru XİN Karakasdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və prezidentin ünvanına bu kimi ifadələrin işlədilməsini qəbuledilməz adlandırıb. /APA