XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2017 - 10:05

Şimali Koreya malayziyalılarıgirov saxlayır

Malayziyanın baş naziri Nəcib Razak Şimali Koreyanın Malayziya vətəndaşlarının ölkəni tərk etməsinə qadağa qoymasını kəskin tənqid edib.

Baş nazir bildirib ki, Malayziya vətəndaşlarını saxlamaq üçün atılan bu iyrənc addım bütün beynəlxalq qanunlara və diplomatik normalara ziddir.

N.Razak əlavə edib ki, ölkənin Milli Təhlükəsizlik Şurası məsələ ilə bağlı müvafiq qərarlar qəbul edəcək. Bununla yanaşı, o, Şimali Koreyanı malayziyalıların doğma vətənlərinə qayıtması üçün şərait yaratmağa və yaranmış gərgin vəziyyəti daha da kəskinləşdirməməyə çağırıb.

Şimai Koreya ölkə liderinin qardaşının qətli ilə bağlı yaranmış gərginlik fonunda Malayziya vətəndaşlarının bu ölkəni tərk etməsinə qadağa qoyub. Bunun cavabında Malayziya hökuməti Şimali Koreyanın diplomatlarına ölkəni tərk etməyi qadağan edib.

Şimali Koreya bildirib ki, qadağa qətl hadisəsi ədalətli həllini tapmayana qədər davam edəcək. Bununla yanaşı, Malayziyadakı diplomatların və Şimali Koreya vətəndaşlarının təhlükəsizliyi üçün də təminat tələb edilib. Şimali Koreya Malayziya hökumətinə ikitərəfli münasibətlərə hörmətlə yanaşdığını və bu hadisənin tezliklə həll edilməsi niyyətində olduğunu da bildirib. /Azərtac