XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2017 - 10:22

Kabildə partlayış:silahlılar hospitala giriblər

Kabilin şimalında, Vəzir Əkbər Xan rayonundakı hospitalın qapısı qarşısında partlayış baş verib.

"Trend"in məlumatına görə, partlayışı törədən silahlılar binaya daxil olublar. Hazırda hospitalın binasında atışma gedir.

Silahlıların sayı hələ bilinmir.

Həkimlərdən biri yerli KİV-lərə bildirib ki, atışma Sərdar Məhəmməd Davud Xan adına hərbi hospitalın 3 və 4-cü mərtəbələrində gedir.

"TOLO News" telekanalı içəridə 4 silahlının olduğunu yazır.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir. Hər hansı qruplaşma insidentə görə məsuliyyəti üzərinə götürməyib.