Türkiyənin energetika naziri Berat Albayrak Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşmək üçün martın 10-u Moskvaya gələcək.
"Trend"in məlumatına görə, bunu o, Hyustonda "CERAWEEK" neft konfransının kuluarlarında jurnalistlərə bildirib.
Aleksandr Novak isə jurnalistlərə bildirib ki, o, türkiyəli həmkarı ilə çox məsələləri, o cümlədən "Türk axını"nın və "Akkuyu" AES-in tikintisini müzakirə etmək niyyətindədir.