"Die Welt" qəzeti nəşrin müxbiri Dəniz Yücelin sərbəst buraxılması üçün prezident Ərdoğana açıq məktub ünvanlayıb.
Strateq.az xəbər verir ki, nəşrin baş redaktoru Ulf Poşardtın qələmə aldığı məktubda Rəcəb Tayyib Ərdoğana 1999-ci ilin martında həbsə atılması xatırladılır.
Məktubda, həmçinin Qurandan sitat gətirilir və "ədalətli qərar verin" ayəsinə istinadla Dəniz Yücelin sərbəst buraxılması tələb olunur.