XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 13:07

Çin İranla Səudiyyə Ərəbistanı arasındavasitəçilik etməyə hazırdır

"Çin İranla Səudiyyə Ərəbistanı arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün vasitəçilik etməyə hazırdır". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi keçirdiyi mətbuat konfransında bildirib.

"Ümüd edirik ki, Səudiyyə Ərəbistanı və İran aralarında olan fikir ayrılıqlarını bərabərhüquqlu dostluq əsasında aparılan məsləhətləşmələr vasitəsilə həll edə biləcəklər. Çin İran və Səudiyyə Ərəbistanının ortaq dostudur və ehtiyac yarandığı təqdirdə vasitəçilik rolunu oynamağa hazırdır", – deyə o qeyd edib. 

Çin XİN başçısı həmçinin Səudiyyə Ərəbistanı kralının Çinə planlaşdırılan səfərini müsbət qarşılayıb.