XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 13:15

Malayziya itmiş “Boeing” təyyarəsinin axtarışlarına 100 milyon dollardan çoxvəsait xərcləyib

Malayziya hökuməti 2014-cü il martın 8-də itmiş "Boeing" təyyarəsinin axtarışlarına 102, 4 milyon dollar vəsait xərcləyib.

Azərtac xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Liou Tionq Lay açıqlamasında bildirib.

Nazir qeyd edib ki, təyyarənin itdiyi vaxtdan Hind okeanının cənub hissəsində 120 min kilometrdən çox ərazidə axtarış əməliyyatı aparılıb. Axtarışın dayandırılması haqqında qərar əməliyyatda iştirak edən Avstraliya, Çin və Malayziya tərəfindən qəbul edilib.

Yeni informasiya əldə edilən kimi axtarişlar yenidən bərpa olunacaq.

Xatırladaq ki, Kuala-Lumpur-Pekin reysi ilə uçan, göyərtəsində 239 sərnişinin olduğu "Boeing 777-200" təyyarəsi səmaya qalxdıqdan iki saat sonra radarlardan itmişdi.