XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 14:08

Kabildə hərbi hospitala hücum –3 nəfər öldürüldü, 54 nəfər xəsarət aldı

efqanistan-esgerrr

Kabildə hərbi hospitala hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 54 nəfər xəsarət alıb.

Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

Əfqanıstan təhlükəsizlik qüvvələri silahlılardan ikisini zərərsizləşdirib. Hospitalın daxilində olan iki silahlı müqavimət göstərməkdə davam edir.

Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

APA