Suriya üzrə danışıqların beşinci raunduna martın 23-də Cenevrədə start veriləcək.
Bu barədə BMT Təhlükəsizlik Şurasında keçirilən qapalı toplantıdan sonra qurumun Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
“Suriya üzrə danışıqların beşinci raundu martın 23-də baş tutacaq. Danışıqlarda iştirak edəcək nümayəndə heyətlərin martın 22-də Cenevrəyə gələcəyini gözləyirik”, deyə S.de Mistura bildirib.
Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatıb. Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqlar fevralın 23-dən etibarən aparılırdı. (APA)