ABŞ Suriyaya dəniz piyadalarının əlavə bölmələrini göndərib.
“Vaşinqton Post” qəzeti xəbər verir ki, bu hərbi bölmələr İŞİD “paytaxtı” sayılan Raqqanın azad edilməsi əməliyyatında iştirak edəcəklər.
Suriyaya dəniz piyadaları ilə bərabər, M777 qaubitsaları da göndərilib. Bu silahlardan Raqqaya hücum zamanı istifadə olunacaq.
İndiyə qədər ABŞ-ın Suriyada 500 xüsusi təyinatlısı olub. /Axar.az