XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 14:10

“Bərzaninin müstəqil Kürdüstan ideyası reallaşmayacaq” –Hasim əl-Musavi

berzani

"Bərzaninin müstəqil Kürdüstan ideyası reallaşmayacaq".

Bunu İraqın iranyönlü "Nücəba" Hərəkatının sözçüsü Hasim əl-Musavi jurnalistlərə açıqlamasında söyləyib.

“Biz Bərzaninin ölkəsinə sadiqlik nümayiş etdirəcək açıqlama verməsini gözləyirik. Bərzaninin müstəqillik arzusu heç vaxt gerçəkləşməyəcək. Buna başda İraq kürdləri olmaqla bütün ölkə əhalisi etiraz edir. Bərzani hökuməti iqtisadi baxımdan pis vəziyyətdədir və o, bu vəziyyəti normallaşdıra bilməyəcək. Müstəqillik Bərzaninin heç vaxt gerçəkləşməyəcək yuxusudur”. /Axar.az