XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 14:14

Avropada yeni dövlət yaranır:"Şotlandiya müstəqilliklə bağlı referenduma gedir"

aVROPA

"Şotlandiyada müstəqilliklə bağlı referendum 2018-ci ildə keçirilə bilər".

Bunu BBC-yə açıqlamasında Şotlandiyanın baş naziri Nikola Stercen söyləyib.

O, bu addımı Böyük Britaniyadakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq atacaqlarını bildirib.

Şotlandiya əhalisi Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edir.

Şotlandlar 2014-cü ildə müstəqilliklə bağlı referendum keçiriblər. O zaman ölkə əhalisinin 55%-i müstəqilliyin əleyhinə səs veriblər. Britaniya Baş naziri Tereza Mey isə bir müddət əvvəl açıqlamasında Şotlandiyanın heç vaxt müstəqil olmayacağını bildirib.