Rusiya prezidenti Vladimir Putin güc strukturlarında təmsil olunan yüksək vəzifəli 10 şəxsi işdən azad edib.
Strateq.az xəbər verir ki, bunlar Daxili İşlər Nazirliyi, Dövlət İstintaq Komitəsi, Cəzaların İcrası üzrə Federal Xidmətin əməkdaşlarıdır.
Putinin imzaladığı sərəncamla bu şəxslərin də vəzifədən kənarlaşdırıldığı bəlli olub: general-leytenant Vladimir Berqlezov, general mayor Serqey Jelvakoviç, general-leytenant Serqey Solodovnikov.