XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 10:25

Cənubi Koreya prezidentinə impiçment elan olundu –Qərar

koreya

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi parlament səsverməsini nəticəsini təsdiq etdikdən sonra korrupsiya iddialarındakı roluna görə tənqid edilən prezident Park Gun Hyu impiçment olunub.

Konstitusiyaya görə, yeni prezidentin seçkisi 60 gün ərzində keçirilməlıidir.

Rəy sorğuları göstəriri ki, yeni prezidentin seçilməsi Cənubi Koreyanın siyasi oriyentasiyasını dəyişə bilər.

Bu rəy sorğularının nəticələrinə bir vaxtlar xanım Parka sədaqətli müttəfiq olan mütərəqqi namizəd Mun Jae-in liderlik edir. O Şimali Koreyaya daha yumşaq münasibətin tərəfdarıdır. Prezidentin impiçmenti barədə qərara Konstitusiya Məhkəməsinin 8 hakimi yekdilliklə səs verib. Korrupsiya hallarının Samsung kimi şirkətləri, habelə dünyada üçüncü olan Cənubi Koreya pensiya fondu və universitetlərə qəbulla bağlı olduğu bildirilirdi.

Təhlilçilər impiçmentin bütün region üçün mürəkkəb vaxtda baş verdiyini bildirirlər. Şimali Koreyanın nüvə sınaqları ilə əlaqədar onun “cəzalandırılması” məqsədilə Amerikanın THAAD antiraket batareyasının Şimali Koreyada yerləşdirilməsi qərarı Çinin etirazlarına səbəb olub.

Dünya agentlikləri bildirirlər ki, impiçmentə səbəb olan qalmaqal hətta Cənubi Koreyanın təlatümlü demokratiya tarixində də misilsizdir. Prezident ən yaxın rəfiqəsi Şoi Sunsilə müşavirlərindən daha böyük səlahiyyətlər verməkdə günahlandırılırdı. Məhkəmənin qərarında deyilir ki, ianələrin verilməsi üçün böyük şirkətlərə prezident özü şəxsən müraciət edirdi.

İmpiçment qərarı Konstitusiya Məhkəməsinin hökmünü səbirsizliklə gözləyən böyük izdiham tərəfindən alqışlanıb.