1
Vaşinqton Türkmənistana hərbi yardım edəcək
Türkmənuistan sərhədinə 5 minə yaxın İŞİD yaraqlısı toplanıb
Strateq.az xarici mətbuata isnadən bildirir ki, bunu ABŞ birləşmiş mərkəzi komandanlığının başçısı general Lloyd Ceyms Ostin Konqresdə 2016-cı il büdcəsi və qarşıdakı müdafiə proqramları üzrə profil komuissiyasının iclasının gedişində deyib.
Generalın sözlərinə görə, “Türkmənistan bu yaxınlarda Əfqanıstan sərhədində öz təhlükəsizliyini təmin etmək üçün hərbi avadanlıq və texnologiya əldə etmək niyyətini ifadə edib. Biz də onlara yardım üçün hər şeyi etməyə hazırıq”.
Mətbuatın yazdığına görə, Türkmənistan hökumətinin xahişi Əfqanıstanın quzeyində İŞİD yaraqlılarının olması məlumatından dərhal sonra daxil olub.
Qeyd edək ki, hazırda Əfqanıstanın Türkmənistanla həmsərhəd əyalətlərində 5 minə qədər İŞİD yaraqlısı cəmləşib. Müşahidəçilərin fikrincə, yaraqlıların bu bölgədə görünməsi qaz ixracı rəqabəti ilə bağlıdır. Türkmənistanın güc strukturları artıq Əfqanıstan sərhədində təhlükəsizliyi təmin edə bilmir. İki respublika arasındakı sərhədin ümumi uzunluğu 745 km-dir.