XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2017 - 11:30

Nazarbayev prezident səlahiyyətlərini azaldan qanunu imzaladı

nazarbayev

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Qazaxıstan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Qanunu imzalayıb.

"Report" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun hökumətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini təmin edir.

Qüvvəyə minmiş dəyişikliklər ilk növbədə parlamentin rolunun artırılmasına yönəlib. Sənəd hökumətin formalaşmasında parlamentin rolunu genişləndirir, eləcə də parlamentin Nazirlər Kabinetinin fəaliyyətinə nəzarətini gücləndirir.