XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 11:08

Sarkisyan hakimiyyətinə yaxın namizəd seçicilərə rüşvət verməkdəittiham olunur

Ermənistanda ictimai-siyasi vəziyyət günü-gündən gərginləşir. Parlament seçkisi ərəfəsində tərəflər arasında yaranan qalmaqal getdikcə artır. Serj Sarkisyan hakimiyyətinə yaxın olan namizədlərdən Qaqik Sarukyan seçicilərə rüşvət verməkdə ittiham olunur.

Ermənistan Mərkəzi Seçki komissiyası deputatlığa namizəd Qaqik Sarukyana ciddi xəbərdarlıq edib. Onun seçki prosesindən uzaqlaşdırılacağı deyilir. Səbəb Sarkisyan hakimiyyətinə yaxın olan bu namizədin seçicilərə rüşvət verməsidir. Ermənistan milli konqresi də iqtidarı səsləri pulla satın almaqda günahlandırır.

“Ermənistan Milli Konqresi” fraksiyasının rəhbəri Levon Zurabyan deyib: “Anlayırıq ki, insanların vəziyyəti ağırdır. Əksər seçicilərin sosial problemləri var. Ona görə də puldan imtina edə bilmirlər. Bu, əsas vermir ki, hökumət onların səsini satın alsın. Bununla bağlı kifayət qədər dəlil toplamışıq. Biz insanları səs hərracında iştirak etməməyə çağırırıq. Bu, onların gələcəyi üçün vacibdir”.

Fransada yaşayan erməni müğənni və səfir Şarl Aznavur da Ermənistanı mafiozların idarə etdiyini bildirib. O deyib ki, insanlar Ermənistanı kütləvi şəkildə tərk edirlər. Buna səbəb hakimiyyətin onlar üçün heç bir iş görməməsidir. Ölkədə vəziyyətin gündən-günə pisləşməsi də həmin mafiya üzvlərinə sərf edir. Ermənistan böyük təhlükədədir. Fermerlər öz torpaqlarında acından ölürlər, mafiya üzvləri, cinayətkarlar onlara yaşamağa imkan vermirlər(azərtac).