XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2017 - 13:00

Hindistanda 9 polis əməkdaşıöldürülüb

Çxattisqarx ştatında silahlı maoistlərin hücumu nəticəsində Hindistanın ehtiyat polis qüvvələrinin azı 9 əməkdaşı öldürülüb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident martın 11-də Sukma dairəsində baş verib. Hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Hindistanda naksalitlər adlanan silahlı maoistlər ölkənin Bihar, Çxattisqarx, Carkxand, Oriss və bir sıra başqa ştatlarında aktiv fəaliyyət göstərirlər. Yaraqlılar cəngəllikdə gizlənərək partizan müharibəsi aparır və yaşayış məntəqələrinə soxularaq hökumət nümayəndələrinə hücumlar təşkil edirlər.