XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 15:05

Almaniya büdcə xərclərini1,9 faiz artıracaq

Almaniyanın maliyyə idarəsi tərəfindən hazırlanmış və bu həftə dərc edilmiş sənədin layihəsində gələn il üçün büdcənin əsas bəndləri öz əksini tapıb. Sənəddə göstərilir ki, 2018-ci ildə büdcə xərcləri 335,5 milyard avroya bərabər olacaq. Bu, 2017-ci ilin müvafiq göstəricisi (329,1 milyard avro) ilə müqayisədə 1,9 faiz çoxdur.

AFR maliyyə naziri Volfqanq Şoyble bildirib ki, ilkin planda federal maliyyə xərclərinin tərkibində yeni borclar nəzərdə tutulmayıb. Bu qayda 2014-cü ildən tətbiq edilir.

Frans-Press agentliyinin məlumatına görə, 2018-ci il üçün büdcə layihəsinin hazırlanmasının gedişi ilə tanış olan mənbə bildirib: “Biz əvvəlki illərdə formalaşmış kursu davam etdirəcək və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda etibarlılıq nümunəsi göstərəcəyik”. Mənbə bildirib ki, gələn il üçün xərclərin planlaşdırılmasında ölkənin daxili və xarici təhlükəsizliyi, habelə qaçqın axını ilə əlaqədar böhranın tənzimlənməsi məsələlərinə xüsusi diqqət yetiriləcək(azərtac).