XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 18:34

Əfqanıstanda iki polis işçisi8 həmkarını güllələyib

Əfqanıstanın cənub-şərqində iki polisin hücumu nəticəsində hüquq mühafizə orqanlarının azı 8 əməkdaşı həlak olub.

Azərtac xəbər verir ki, Khaama Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, görə insident martın 10-da axşam saatlarında Zabul əyalətindəki nəzarət-buraxılış məntəqəsində baş verib. Əyalət qubernatorunun nümayəndəsi Qul İslam Sayal hücum edən şəxslərin bir neçə silah götürərək aradan çıxdıqlarını deyib.

Əfqanıstanda müxtəlif qruplaşmalarla əlaqəli olan polislər tez-tez buna bənzər hadisələr törədirlər.

Xatırladaq ki, son zamanlar bu ölkədə vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının təsir dairəsi də artmaqdadır.