XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 18:49

Dəməşqdə partlayış:30 ölü, 100-dən çox yaralı

Suriyanın paytaxtı Dəməşqdə, şəhərin mərkəzindən cənubda yerləşən qəbiristanlıq rayonunda iki partlayış baş verib.

Azərtac Korrespondent.net saytına istinadla xəbər verir ki, hadisə nəticəsində azı 30 nəfər həyatını itirib. Hədəfin şiə zəvvarlar olduğu bildirilir.

Əl-Məyadin telekanalının məlumatına əsasən, partlayış 40 nəfərin həyatına son qoyub, 100-dən çox insan yaralanıb.

Hökumət dairələrinə yaxın KİV-lər partlayışın terror təşkilatları tərəfindən törədildiyini iddia etsələr də, hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.