XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 22:08

Yəməndə bazar bombalandı:22 nəfər ölüb

Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli məmura istinadən “Reuters” məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib.

Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.