XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2017 - 11:48

Səudiyyə Ərəbistanı 5 milyon miqrantıölkədən çıxarmağı planlaşdırır

Səudiyyə

Səudiyyə Ərəbistanında 5 milyon qeyri-leqal miqrantın (əhalinin 20 faizi) ölkədən çıxarılması proqramı hazırlanır.

Deputat Sadqa Fazilin təşəbbüskarı olduğu bu məsələ Məsləhət Şurasında müzakirəyə çıxarılıb.

Səudiyyə Ərəbistanında 2010-cu ildə aparılan statistikaya əsasən, miqrantlar ölkə əhalisinin 30 faizini təşkil edir. Səudiyyə Ərəbistanında sahibkarlar əsasən miqrantların əməyindən istifadə etməyə üstünlük verir.  Ancaq hazırda ölkədə əmək qabiliyyətli əhalinin 12 faizi işsizdir. Bunların 25 faizi gənclər, 75 faizi qadınlardır.

“Al-Həyat” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanının hakimiyyəti həmin miqrantların ölkə vətəndaşlığı almaq tələbi ilə çıxış edəcəklərindən ehtiyat edir. /APA